Prezident Ərdoğanla görüşdü, Pakistan dövlət başçısının verdiyi şam yeməyinə qatıldı - FOTOLAR

img

01-03-2017 [00:43]


Fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Şam yeməyinə Türkiyə prezidenti Ərdoğan da qatılıb.

Onu da qeyd edək ki, İlham Əliyev şam yeməyindən əvvəl Ərdoğanla görüşüb, müzakirələr aparıblar.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki görüşlə bağlı fotoları təqdim edirik:


Azərtac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA