Prezident üç nəfərlə bağlı parlamentə təqdimat göndərdi - Mərkəzi Bankının İH-ə üzv olmaq üçün

img

28-02-2017 [19:36]


Prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzv seçilməsi ilə bağlı üç nəfər – Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülüb.

Mia.az xəbər verir ki, hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib.

A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA