Məleykə Abbaszadə bu il qəbul imtahanlarında keçid ballarını açıqladı

img

18-06-2010 [12:29]


2010-2011-ci tədris ili üzrə ali məktəblərə tələbə qəbulu üzrə dövlət sifarişi yerləri artıq elan olunub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. TQDK sədri bildirib ki, I ixtisas qrupunu keçən abituriyentlər dövlət sifarişi əsasında oxumaq üçün ən azı 300 bal, digər qruplarda isə minimum 400 baldan yuxarı nəticə göstərməlidirlər. Əks halda, dövlət sifarişli ixtisaslara qəbul oluna bilməzlər. Komissiya sədri, həmçinin bir sıra ixtisaslarda tələbə qəbulunun yalnız dövlət sifarişi əsasında aparılmasının mümkünlüyünü qeyd edib. M.Abbaszaənin sözlərinə görə, 1 qrup-18898 cari ilin orta məktəb məzunu, 16904 əvvəlki illərin məzunları, 422 cari ilinin orta ixtiasas,804 əvvəlki illərin orta ixtisas, 141 ali təhsil məzunları sənəd veriblər. 2 qrupa sənəd verənlər isə 18560 cari ilin orta məktəb, 90432 nəfər əvvəlki ilin məzunu 254 orta ixtisas məktəblərin cari ilin, 532 orta ixtisas məktəb əvvəlki il, 104 nəfər ali təhsil almış məzunlardır. 3 qrup-17077 cari il orta məktəb, 14744 nəfər orta təhsil əvvəlki illərin, 703 orta ixtisas car il, 948 orta ixtisas əvvəlki il, 235 ali təhsil məzunlarıdır. 4 qrup - 9137 cari il orta məktəb məzunu, 443 nəfər orta təhsil əvvəlki illərin, 233 orta ixtisas car il, 331 ixtisas məktəb əvvəlki il, 62 ali təhsil məzunları sənədlərini təsdiq etdiriblər. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA