Həftəsonu havanın temperaturu bir neçə dərəcə düzəcək

img

18-06-2010 [12:10]


Həftəsonu ölkə ərazisində sərin hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 19-da gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 30-32? olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti olacaq. İyunun 20-də hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23?, gündüz 31-35? təşkil edəcək. İyunun 21-də də dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24?, gündüz 32-36? olacaq. Azərbaycanın rayonlarında iyunun 19-da gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 31-36?, dağlarda gecə 9-14?, gündüz 20-24? olacaq. İyunun 20-21-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 32-37?, dağlarda gecə 10-15?, gündüz 21-26? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA