Xəzərdə balıqçı qayığı batdı, 1 nəfər boğuldu, 4 nəfər xilas oldu

img

18-06-2010 [12:05]


Xəzər dənizində balıqçı qayığı çevrilərək batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə balıqçı qayığının çevrilməsi nəticəsində 5 nəfər suda boğulma təhlükəsi ilə üzləşib. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 4 balıqçını xilas edib, 1 nəfərin isə cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:14-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA