Sarkisyan Avropada Tuskla görüşdə şərt açıqladı: "Ermənistan ağlabatan güzəştlərə hazırdır, ancaq..."

img

28-02-2017 [11:57]


"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O yalnız istisnasız olaraq sülh yolu ilə həll edilmləlidir”.

Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra bəyan edib. 

Tusk deyib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir.

Sarkisyan isə öz növbəsində deyib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququ beynəlxalq sənədlərdə əksini tapıb: 

"Biz Qarabağ məsələsinə də toxunduq. Hesab edirik ki, problemin hərbi yolla həlli yoxdur. Ermənistan ağlabatan güzəştlərə hazır olduğunu bəyan edir. Bu problemin həllində baza olaraq Dağlıq Qarabağ xalqının hüquqları dayanır. Bu hüquq isə Minsk Qrupunun çoxsaylı bəyanatlarında əksini tapıb”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA