“Oğlum yaralı komandirini döyüş meydanından çıxararkən şəhid olub“ - ŞƏHİDİN ATASI

img

28-02-2017 [11:43]


Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri əsgər Zakir Cəfərovdur.

Şəhidin atası Nazim Cəfərovun Qaziler.az-a verdiyi məlumata görə, oğlu Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. 

Nazim Cəfərovun sözlərinə görə, bunu şəhidin döyüş yoldaşları söyləyib. 

Qeyd edək ki, Zakir Cəfərov Ağdamdandır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA