Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR

img

28-02-2017 [00:31]


Qoç - qətiyyətli addım atmaq və ya qərar qəbul etmək üçün labüd şərait formalaşır. Günün ikinci yarısındakı situasiya sizi təmin edirsə, münasibətlərin gərinləşməsinə imkan verməyin. Mübahisəli vəziyyətdən çıxış yolu arayın.

Buğa - hərəkətli, qarğaşalı və çətin gündür. Əhəmiyyətli dəyişikliklər olmayacaq. Şəxsən sizə heç bir xeyri, mənfəəti olmayan mübahisələrə qatılmayın, dedi-qoduların iştirakçısı olmayın.

Əkizlər - sual və ya informasiya istəyi mühüm məsələ ilə bağlı mövqeyinizi dəyişə bilər. Bu gün baş verənlər perspektiv baxımından önəmlidir.

Xərçəng - yaxın ətrafınızdakı insanlarla diqqətli olun, onlardan yardım və dəstəyinizi əsirgəməyin. Səhhətinizlə məşğul olmaq üçün əlverişli vaxtdır. Rasionu qaydaya salın.

Şir - iş yoldaşlarınız, tərəfdaş və ya şərikiniz sizə yeni məlumat verəcək. Düşünmək, təhlil etmək üçün mövzu var.

Qız - hadisələrə süni təkan verməyə çalışmayın. Hansısa olaya aktiv müdaxilə əleyhinizə çevriləcək ünsürə dönə bilər.

Tərəzi - ilk baxışdan çətin görünən hadisənin detallarını və təfərrüatlarını bilməyə çalışın. Səfər və ya gəzinti üçün əlverişli gündür.

Əqrəb - şəxsi münasibətlər müstəvisində son günlərdə baş verənləri nəzərə alan yeni davranış sxeminə ehtiyac var. İntuisiya və hisslərinizə güvənə bilərsiniz.

Oxatan - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.

Oğlaq - kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.

Dolça - eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir. Bəlli işi başa vuranda və ya məsələni çözəndə razılıq hissi yaranacaq.

Balıqlar - axınla hərəkət edin, qəfil təşəbbüsə inanmayın. Axşam saatlarında imkanınız olarsa, alış-veriş edin. Təmkinli və soyuqqanlı olun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA