ABŞ Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqladı

img

17-06-2010 [06:09]


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlamışdır. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, hökumət insan alverinə qarşı mübarizədə səylərini artırmışdır. Bildirilir ki, 2009-cu ildə Azərbaycan hökuməti insan alverinin qurbanlarına 625 min ABŞ dolları yardım ayırmışdır. Azərbaycan dövləti bu sahədə inkişafa nail olmaq məqsədi ilə müxtəlif qanunlar qəbul etmiş və bunların həyata keçirilməsində uğurlu addımlar atmışdır. 2005-ci ildə qəbul edilmiş ?İnsan alverinə qarşı mübarizə haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi sahəsində görülən işlər yüksək qiymətləndirilmişdir. Hesabatda ölkənin hüquq mühafizə orqanlarının insan alverində təqsirli bilinən insanların aşkarlanıb istintaqa cəlb olunmasında fəal rol oynadığı qeyd olunmuşdur. 2009-cu ilin mart ayında insan alveri qurbanları üçün hökumətin yardım mərkəzi açdığını, orada onlarla insana hüquqi yardım edildiyi hesabatda xüsusi vurğulanmışdır. Hesabatda, həmçinin Azərbaycan hökumətinin insan alveri ilə bağlı ictimaiyyəti məlumatlandırması sahəsində gördüyü işlərə xüsusi yer verilmişdir. ?Hökumət ölkənin 58 rayon və şəhərində insan alverinə qarşı mübarizə ilə əlaqədar seminar və treninqlər təşkil etmişdir. Hökumət bununla bağlı səylərini davam etdirərək televiziya və radioda ictimaiyyəti məlumatlandırma kampaniyası aparmışdır. Ölkə ictimaiyyətinin məlumatlandırılması və potensial insan alveri qurbanlarının müəyyənləşməsində qeyri-hökumət təşkilatları ilə hökumət arasında sıx əməkdaşlıq mövcuddur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA