Nərgiz Paşayevadan "Azəravtoyol"a kəskin etiraz: "Təcili müdaxilə olunmalı, cəzalandırılmalıdırlar"

img

27-02-2017 [18:29]


Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva Mikayıl Müşfiqin abidəsinin sökülməsini kəskin tənqid edib.

Mia.az bildirir ki, bu barədə N. Paşayeva "haqqın.az” saytına açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu abidə Bakıda yeganə bədii kompozisiya olub.

"Bu, vandalizm və barbarlıqdır. Böyük şairin xatirəsinə təhqirdir”,- deyə N. Paşayeva vurğulayıb.

N. Paşayeva əlaqadar dövlət orqanlarının məsələyə təcili müdaxiləsini və günahkarların cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.

 Büst Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda qoyulmuşdu. İlkin məlumata görə, bu addım "Azəravtoyol” ASC tərəfindən, yol təmiri ilə bağlı atılıb.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov  bildirib ki, büst onlardan icazə alınmadan ərazidən götürülüb.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında büstün anbarda saxlanıldığını söyləyib:

"Prezidentin sərəncamına əsasən, "Təzə Pir” məscidi və Fizuli meydanına gedən yolda yenidənqurma işləri həyata keçiriləcək. O cümlədən, Statistika dairəsi adlanan ərazidə də bu işlərə start verilib. 

Həmin işlər görülən zaman Mikayıl Müşviqin büstünə ziyan dəyməsin deyə götürülüb, anbarda saxlanılır. İş bitdikdən sonra yenidən həmin əraziyə qaytarılacaq və həmçinin, ərazidə geniş park da salınacaq”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA