Əfv Komissiyası sabah yenidən toplanacaq - 811 müraciətə baxılacaq

img

27-02-2017 [16:26]


Fevralın 28-də Əfv Məsələləri üzrə Komissiyanın növbəti toplantısı keçiriləcək. 

Bu haqda Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

 O qeyd edib ki, Komissiyanın katibliyinə ümumilikdə 811 müraciət daxil olub:

"Eyni zamanda, Komissiyaya hər gün yeni müraciətlər daxil olur. Amma iclaslarda ən az 3 ay əvvəl Komissiyanın katibliyinə daxil olan müraciətlərə baxılır. Çünki ayrı-ayrı qurumlardan müraciətlərin daxil olması, yerlərdə baxılması, araşdırılması kimi məsələlər uzun prosedurlardır. Yeni daxil olan müraciətlərə sonrakı əfv sərəncamları üçün keçiriləcək Komissiya iclaslarında baxılacaq”.

Ölkə başçısı tərəfindən imzalanması gözlənilən əfv sərəncamının çox məhkuma şamil olunacağına gəlincə, Ə.Nuriyev deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir:

"Əfv sərəncamı imzalanacağı zaman siyahıda neçə nəfərin olduğunu biləcəyik”.

Qeyd edək ki, bu ilin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA