Sabah bəzi yerlərdə qaz təchizatı müvəqqəti dayandırılacaq

img

17-06-2010 [03:48]


Yerüstü keçid qaz xətlərinin rekonstruksiyası, siyirtmənin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar 18.06.2010-cu il tarixdə saat 10:00-dan 18:00-dək Quba Qazpaylayıcı Stansiyasının qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətindən verilən məlumata görə, həmin müddət ərzində Quba rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq. Bundan başqa, yeni qaz kəmərlərinin şəbəkəyə qoşulması məqsədi ilə, 18.06.2010-cu il tarixdə saat 10.00-dan 18.00-dək ?Novxanı? Qazpaylayıcı Stansiyasından Novxanı kəndini təbii qazla təmin edən kəmərdə, həmçinin ?Digah? Qazpaylayıcı Stansiyasından qidalanan ?Digah? qaz kəmərində təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Novxanı və Digah kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA