İki nazir müavini Hərbi Çağırış Komissiyasına daxil edildi - Hökumət qərar verdi

img

27-02-2017 [12:18]


Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nə dəyişiklik edib.

Mia.az-ın məlumatına görə, dəyişikliyə əsasən Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA