27-02-2017 [00:03]
Azərbaycan prezidentinin xanımı, keçən həftə birinci vitse-prezident vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva yerli mətbuata danışmasa da, Rusiyanın «Rossiya 1» telekanalına müsahibə verib.
«Vesti Nedeli» həftəlik xəbər proqramında M.Əliyeva təyinatının şəxsən prezidentin qərarı olduğunu söyləyib.
«Əlbəttə, uzun illərdir onun təkcə xanımı deyil, həm də silahdaşıyam, yəqin ki, bunun da onun qərarında rolu oldu», – deyib.
M.Əliyeva prezidentin təklifini öncə götür-qoy etdiklərini, hər şeydən çox bu işin öhdəsindən gəlib-gəlməyəcəyiylə bağlı şübhələri olduğunu bildirib:
«Amma bir şeyə əminəm ki, dövlətin maraqlarıyla həyat yoldaşımın mənə məsləhətləri, yaxud deyəcəkləri tam üst-üstə düşəcək. Yəni, onun timsalında mənə birmənalı şəkildə yardım edəcək, dayaq olacaq, mənə düzgün yol göstərəcək insanı görürəm».
M.Əliyeva vitse-prezident kimi diqqəti, əsasən, sosial məsələlərin, aztəminatlı ailələrin problemlərinin həllinə yönəldəcəyini vurğulayıb:
«Əsl mərhəmət real iş, konkret addımlar tələb edir. Ən qorxulu şey mərhəmətsizlik və laqeydlikdir. Bu olmamalıdır. İstər ictimai xadim, istərsə də dövlət məmuru öncə sadəcə insanlığını qorumalıdır».
Müsahibəni hazırlayan jurnalist M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun indiyə qədər elə xeyriyyəçiliklə məşğul olduğunu qeyd edib.
M.Əliyeva vəzifə başında tarazlığı qorumağa, öhdəliklərini yerinə yetirməyə çalışacağını da söyləyib:
«Amma mən hər şeydən öncə, əlbəttə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim 5 nəvəm var. Ancaq ölkəmə ayırdığım diqqətin ikinci plana keçməsini qətiyyən istəmərəm. Heç istəmirəm. İndiyə kimi bu tarazlığı qoruya bilmişəm... Məsələn, mən yemək hazırlamağı çox sevirəm, yemək bişirəndə istirahət edirəm. Dadlı yemək hazırlamaq, axı, yaradıcı işdir. Bu işi sevirəm, görürəm, bacarıram...».
Müxalifətin prezidentin təyinatına reaksiyasına gəlincə, M.Əliyeva sağlam və konstruktiv tənqidi dinləməyə hazır olduğunu söyləyib.
«Hakimiyyətə müxalif olmaq olar, amma ölkəyə müxalif olmaq gərəksizdir, çox qorxuludur», – Birinci xanım deyib.
O, bu tənqidlərin, tənqidə əsasın olmaması üçün əlindən gələni edəcəyini bildirib.
«Bəs ölkənin prezidenti olmaq, ölkəyə rəhbərlik etmək haqda nə vaxtsa fikirləşmisinizmi» sualına cavabında isə M.Əliyeva bu barədə düşünmədiyini bildirib.
«Mən Azərbaycanın, Azərbaycan xalqının maraqlarını qoruyacağam. Azərbaycan üçün xeyirlisi budur. İndi belədir. Gələcəkdə nə olacağını düşünmək, gərəksiz məşğuliyyətdir», – deyib.
Proqramda Azərbaycanda rus dilinə ehtiramdan da danışılıb.
M.Əliyeva isə hətta evdə həm azərbaycanca, həm də rusca danışdıqlarını etiraf edib.
«Bu, bizim xalqımızın sərvətlərindən biridir. Rus dilini çıxdaş etmək olmaz. Təəssüf ki, bəzi keçmiş Sovet ölkələrində durum fərqlidir. Bu, çox pis tendensiyadır və mən həmin ölkə rəhbərlərinin bunu anlamamasına təəccüblənirəm», – M.Əliyeva rus dili haqda danışanda belə deyib.
«Ağlayırsınızmı» sualına cavabında isə M.Əliyeva «Nadir hallarda, həm də yalnız təklikdə», – deyə cavab verib, ən çox 27 yaşı olanda – anası, professor Aidə İmanquluyevanın ölümündən sonra ağladığını söyləyib.
Xatırladaq ki, fevralın 21-də prezident İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin edib. Bununla da o, ölkədə ən çox səlahiyyəti olan ikinci və toxunulmaz şəxsə çevrilib. Prezident ölkədə və ya vəzifə başında olmadıqda, onu birinci vitse-prezident əvəz edə biləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi