Azərbaycan və Türkiyə prezidentləri görüşəcək - Əliyev Ərdoğana zəng etdi

img

26-02-2017 [14:45]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
 
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xiidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb. 

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.
 
Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA