25-02-2017 [10:17]
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Azadlıq Radiosu"na müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Azərbaycan tərəfi yeni hərbi hissələr açır, Ermənistan tərəfi isə Azərbaycanı "İsgəndər”lə hədələyir. Bəziləri güman edir ki, yazda aprel döyüşlərindən də intensiv hərbi əməliyyatlar başlaya bilər. Şərhçilər arasında belə deyənlər də var ki, danışıqlar dayanıb. Demək olarmı ki, münaqişə ilə bağlı yeni vəziyyət yaranıb?
– Aprel döyüşlərindən sonra vəziyyət dəyişə bilərdi. Amma təəssüflər olsun ki, həmsədrlərin fəaliyyəti, ələlxüsus da ermənilərin tərs mövqeyi ona gətirib çıxartdı ki, danışıqlar başlamadı. Başlamayıbsa, deməli, bundan qabaqkı problemlər qalır və tendensiya ondan ibarətdir ki, o problemlər çoxalır. Problemləri deyəndə mən nəyi nəzərdə tuturam?
Həll olunmamış münaqişə, qaçqınlar, işğal olunmuş torpaqlar, iki ölkənin silahlanması və s. Yəni bu faktorlar qalır və günü-gündən güclənir. Təbii ki, bu, regionda təhlükəli bir vəziyyət yaradır. Hamı başa düşür ki, bəyanatlarla qoşunlar öz kazarmalarına qayıdan deyillər. Çünki qoşunlar ora səbəbsiz yığışmayıb. Azərbaycanın qoşunları ora ona görə toplanıb ki, o mövqeləri ona görə tutub ki, Azərbaycanın torpaqları işğal altındadır, milyondan çox qaçqınımız var və bu məsələlər həll olunmalıdır. Həll olunmasa, demək olar ki, müharibə qaçılmazdır.
– Həll olunacaq kimi görünürmü? Əgər müharibə qaçılmazdısa, münaqişənin nə vaxt yenidən alovlanacağı ilə bağlı proqnoz vermək mümkündürmü?
– Bilirsiz, apreldən sonra biz hamımız gördük ki, Rusiya Ermənistana "İsgəndər” raketləri göndərdi. Doğrusu, bu, təəccübləndirici bir addım idi, çünki bu raketlər qarşı tərəfə yalnız psixoloji cəhətdən hansısa təsir göstərə bilər. Amma hərbi cəhətdən onların gələcək müharibədəki rolu çox az ola bilər. Təcrübə göstərir ki, bu cür raketlərin istifadəsinin böyük faydası olmur. Çünki bu raketlər daha çox nüvə silahları üçün nəzərdə tutulub. Adi partlayıcı ilə silahlanmış bu raketin hərbi əhəmiyyəti çox aşağıdır.
Yəni bu baxımdan təəssüflər olsun ki, Ermənistan ictimaiyyəti, Ermənistan elitası elə başa düşüb ki, artıq onlar hərbi balansı bərpa ediblər. Hətta hərbi üstünlüyə yiyələndiklərindən də dəm vururlar.
Məncə, bu, böyük səhvdir. Çünki onlar Azərbaycanın imkanlarını lazımi şəkildə dəyərləndirə bilmirlər, ələlxüsus da Naxçıvanda yerləşdirilən silahları. Onlar gərək heç vaxt yaddan çıxarmasınlar ki, Naxçıvanın sərhədindən Yerevana cəmi 43 km-dir. Bu baxımdan onlarda həm hərbi, həm də siyasi illüziyalar çoxdur və təəssüflər olsun ki, həmsədrlər bu illüziyaları artırırlar. Ələlxüsus da Rusiya tərəfi, çünki həm Bordyujanın bəyanatı, həm Lavrovun bəyanatı onu göstərir ki, Ermənistan tərəfi illüziya ilə yaşayır. Bu, çox təhlükəli bir vəziyyətdir və təbii ki, müharibənin yenidən başlaması təhlükəsi çox böyükdür.
– Bəs Elmar Məmmədyarovun "status-kvonu dəyişmək barədə Rusiya ilə danışacağıq” bəyanatı, sizcə, nə deməkdir? Münaqişənin həlli yolunda Rusiyanın cəkisinin artması deməkdir?
– Lavrovun məşhur bəyanatı Azərbaycan ictimaiyyətində böyük əks-səda doğurdu, mən şəxsən onu ermənipərəst bəyanat kimi qiymətləndirmişəm. Yəni problem nədən ibarətdir? O bu bəyanatı hansısa şəkildə geri çağırmalıdır, məsələn, digər bir bəyanat verərək.
Onun bu bəyanatından sonra ümidlər üçün çox az yer qalır. Yəni bu bəyanat onu göstərir ki, köhnə siyasət, vaxtı uzatmaq siyasəti həmsədrlərin arasında hökm sürməkdə davam edir və təbii ki, bu əhval-ruhiyyə Ermənistan və Azərbaycanda olan istəklərlə ziddiyyət təşkil edir. Bu baxımdan həmsədrlərin bu cür siyasəti, davranışı, taktikası onları Cənubı Qafqaz regionunda baş verən hadisələrdən get-gedə uzaqlaşdırır. Buna görə də doğrusu, mən xarici işlər nazirimizin Moskva səfərindən Qarabağ münaqişəsi ilə bağlı heç nə gözləmirəm.
– Sizcə, Elmar Məmmədyarovun "status-kvonu dəyişməyi Moskva ilə müzakirə edəcəyik” bəyanatını necə şərh etmək olar?
– Yenə də Lavrovun bəyanatına, böyük əks-sədaya doğurmuş həmin bəyanata qayıtsaq, görürük ki, o, substantiv danışıqlar barədə heç bir fikir söyləməyib. Yəni, onun real problemləri həll edəcək danışıqlar barədə fikir söyləməməsi onu göstərir ki, Kremlin real danışıqlar barədə söhbət etmək fikri belə yoxdur və nəzərdə tutulmayıb.
Real problemləri həll edə biləcək danışıqlar olmasa, təbii ki, gərginlik regionda artacaq. Həmsədrlərin xoşlarına gəlsə də, gəlməsə də, bu, təbii prosesdir. Bunun qarşısını almağın yeganə yolu real danışıqlar və Ermənistana təzyiqdir ki, onlar işğal olunmuş torpaqların ilkin mərhələdə heç olmasa bir qismini azad etsinlər. Yəni bu baş verməsə, hesab edirəm ki, gərginlik regionda artacaq.
– Bu təzyiqlərin olacağını və Ermənistanın güzəştə gedəcəyini gözləmək olarmı bu halda?
– Bilirsiz, keçən il biz hamımız gözləyirdik ki, onlara təzyiqlər olacaq, amma əksinə oldu. Həm ABŞ-ın, həm də Rusiyanın – düzü Fransanı rolu bir o qədər aktiv olmayıb – atdığı addımlar onu göstərdi ki, onların əsas məqsədi indiki vəziyyəti dondurmaqdır.
Yada salaq, ABŞ-ın Ermənistana kəşfiyyat avadanlığı göndərməsi, Rusiyanın Ermənistana "İsgəndər” tipli raketlər satması onu göstərir ki, təzyiq əvəzinə işğalçı dövlətə dəstək verildi. Təbii, bu şəraitdə mən gözləmirəm ki, Ermənistana hansısa təzyiq edilir. Bunun nəticəsi olaraq Ermənistanın mövqeyi günü-gündən daha da sərtləşir. Biz bunu görürük. Artıq Ermənistan rəhbərliyi tez-tez revanşist bəyanatlar verir ki, onlar guya aprel döyüşlərinin nəticələrini yenidən təftiş etmək niyyətindədirlər, onlar artıq gücləniblər.
Müdafiə nazirliyi də bəyanat yayır ki, bizdə artıq elə silah var ki, biz nəsə edə bilərik və s. Yəni bu cür bəyanatlar onu göstərir ki, Ermənistana təzyiq yoxdu, üstəlik, kobud desək, onlar ağıllanmayıblar. Bu proses başlamayıb. Yenə də eyforiya vəziyyətindədirlər. Və münaqişənin əvvəlində olan millətçilik ruhu Ermənistan cəmiyyətində yenə də hökm sürməkdə davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi