25-02-2017 [00:38]
Bu bahar Qarabağda yenə silahlar danışa, münaqişə yenə qızışa bilər. Münaqişə ətrafında son vaxtlar baş verənləri analiz edən şərhçilər Qarabağda bu yaz da qan töküləcəyini istisna etmirlər.
Səbəblər nədir? Nəticə nə ola bilər?
Xatırladaq ki, fevralın 24-də Milli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib ki, müharibə başlasın. Müğənni deputatın öz arqumentləri olub, vitse-spiker Bahar Muradova da ona cavab verib.
Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, münaqişənin qızışmasını Rusiya istəyir. Azərbaycanda da, Ermənistanda da rusiyameylli qüvvələr bunu dəstəkləyir:
"Yazın ortası, yayın əvvəlində, genişmiqyaslı, keçən ilki aprel döyüşlərindən qat-qat geniş miqyasda döyüşlərin başlanması istisna edilmir. Bu, Rusiyaya əl verir. Necə ki o, aprel döyüşlərində siyasi uğur qazandı. Ən azı Ermənistan dedi ki, Rusiya sülhməramlılarının gəlməsinə etiraz etmirik. Özümüz çağırmırıq, amma etiraz da etmirik. Və əvəzində Ermənistanı həvəsləndirmək üçün onlara İsgəndər raketləri verdilər. İndi də daha geniş miqyaslı müharibə başlaya bilər və Rusiya öz ordusunu gətirib sərhəddə yerləşdirə bilər”.
Zərdüşt Əlizadə deyir ki, budəfəki müharibədə itki minlərlə ola bilər.
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün - fevralın 24-də deyib ki, o, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə nikbin yanaşmır, ermənistanlı həmkarı çıxışlarında müsbət bir şey müzakirə etməyə yer qoymur.
Məmmədyarov deyib ki, bu məsələləri gələn ay Moskvada, Minsk qrupunun həmsədri kimi Rusiya ilə görüşlərdə müzakirə edəcək, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bəs döyüşlərin yenidən başlanacağının göstəriciləri nədir? ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri bu haqda nə yazır?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, keçən ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, vəziyyət dəyişəcək, amma belə olmadı, danışıqlar başlamadı.
Keçmiş nazir deyir ki, danışıqlara Ermənistan mane olub: "Problem həll olunmayıbsa, demək təhlükəli vəziyyət yaranıb".
Münaqişənin başlama ehtimalının olduğunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Kerri Kavano da yazır. Kentucky Universitetinin diplomatiya və münaqişə üzrə professor olan Kavano bu ay dərc olunmuş məqaləsində yazır ki, Qarabağ ətrafında münaqişə yenilənib və qarşıdakı 12 ay ərzində qarşıdurma yarana bilər.
Kavano düşünür ki, davanı hər iki tərəf başlaya bilər:
"İlham Əliyev özü üçün belə bir nəticə çıxardı ki, real güzəştlərə getmədən də torpaqlar azad oluna bilər və o, Azərbaycanın hərbi üstünlüyündən qoşunların təmas xəttində strateji dəyişiklik etmək üçün istifadə edə bilər. Azərbaycan həmçinin kiçik miqyaslı hərbi əməliyyatlara başlaya, bununla xalqın etimadını qazana, pis idarəçilik və davamlı iqtisadi geriləmə ilə bağlı şikayətləri səngidə bilər. Aprel döyüşləri bu strategiyanın effektivliyini göstərdi".
Ermənistanda da münaqişənin başlanması müzakirə mövzusudur. Yerevanda, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan deyir ki, cəbhədə son günlər gərginliyin artması və itkilərin çoxalması onlarda belə bir rəy yaradır.
"Yerevanda fərqli fikirlər var. Amma ümumiyyətlə, rəy belədir ki, keçənilki aprel hadisələrindən sonra bu cür hadisənin yenidən baş verməsi tamamilə mümkündür. Əgər Azərbaycan münaqişəyə başlayarsa, həm Ermənistan, həm də Dağlıq Qarabağ icması cavab verməyə hazırdır”.
AzadliqRadiosu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi