Havalar bir qədər sərinləzəcək

img

17-06-2010 [11:09]


Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək. İyunun 18-də hava şəraitinin buludlu olacağı, 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 20 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 20-23, gündüz 32-35 dərəcə isti təşkil edəcək. İyunun 19-da da dəyişkən buludlu, yağmursuz hava davam edəcək. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 20-23, gündüz 32-34 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bu gün əsasən axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək Havanın temperaturu gecə 21-25 , gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 24-27 dərəcə isti təşkil edəcək. 18-19 iyunda bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, 19-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-27 dərəcə isti təşkil edəcək. Ekologiya nazirliyi iyunun 16-dan 19-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış barədə xəbərdarlıq edib. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA