Ermənilər itkilərini açıqladı

img

23-02-2017 [11:27]


Erməni ordusunun daha bir əsgəri ölüb. Bu barədə news.am saytı məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 23-də saat 00:45 radələrində Qarabağda yerləşdirilən erməni hərbi hissələrdən birinin əsgəri, 1991-ci il təvəllüdlü Gor Frunzik Khoudinyan naməlum şəraitdə ölüb.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib(unikal.org).

Xatırladaq ki, Müdafiə Nazirliyi dünən yaydığı məlumata görə, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Düşmən isə bütün ölən hərbi qulluqçularının ölümünü gizlədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA