23-02-2017 [11:03]
"Hazırda cəbhə bölgəsində vəziyyət gərgin və ciddidir. Bu səbəbdən müdafiə naziri Zakir Həsənov cəhbəyə gedib”.
Mia.az xəbər verir ki, bu sözləri bakıpost.az-a açıqlamasında Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, müdafiə nazirinin cəbhə bölgəsinə təcil olaraq yollanması sıradan bir məsələ deyil:
"Əslində cəbhədə toqquşmalar artıq başlayıb. Hazırda da davam edir. Sadəcə onun miqyası bir qədər fərqlidir. Əgər aprel ayında bu toqquşmalar bir qədər geniş şəkildə baş verirdisə, indi lokal xarakterlidir. Dünən artıq o toqquşmaların ilk bəhrələri göründü. Biz itki vermişik. Müdafiə naziri Zakir Həsənovun da təcili olaraq cəbhə bölgəsinə getməsi adi bir məsələ deyil. Vəziyyət o qədər gərgin və ciddidir ki, müdafiə naziri yerində müvafiq göstərişləri vermək üçün cəbhə bölgəsinə gedib. Yəqin ki, gün ərzində nazirlik bu məsələ ilə bağlı müəyyən fikrilərini ictimaiyyətə çatdıracaq. Çünki bu çox ciddi məsələlərdir. Bir azdan sosial şəbəkələr, erməni mətbuatı bununla bağlı dezinformasiyaları yaymağa başlayacaq”.
Üzeyir Cəfərov bildirib ki, Ermənistan prezidenti cəbhədə vəziyyətin gərginləşdirilməsiylə bağlı tapşırıq verib: "Ermənistan prezidenti bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində keçirdiyi görüş zamanı birmənalı olaraq öz yaxın ətrafına göstəriş verib ki, cəbhədə vəziyyət gərginləşdirilməli, bütün diqqət cəbhə bölgəsinə yönəldilməlidir. Çünki aprel ayında Serj Sarkisyan ola bilsin ki, parlament seçkilərində acınacaqlı bir vəziyyətlə üzləşsin. Ona görə də diqqəti yayındırmaq üçün cəbhə bölgəsində gərginlik yaradır. Hər halda biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq”.
Ekspert qeyd edib ki, Rusiyanın bu işdə birbaşa əli var: "Onlar Ermənistanı bu təxribatlara təhrik edir. Ermənistanın özü gözəl bilir ki, imkanları o qədər çox deyil. Amma buna baxmayaraq Azərbaycana müəyyən zərbələr yetirmək üçün belə addımlar atır. Hər halda mən hesab edirəm ki, yaxın saatlarda Azərbaycan Müdafiə Nazirliyi bu məsələlərlə bağlı müəyyən açıqlamalar verəcək”.
Qeyd edək ki, dünəndən etibarən Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti gərginləşdirib. Ermənilərin təxribatlarının intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib. Nazirlikdən bildirilib ki, müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi