2010-cu ilin ilk 5 ayı ərzində 47 məhsul növünün istehsalı və satızı dayandırılıb

img

16-06-2010 [01:51]


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələri cari ilin ilk 5 ayı ərzində 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirib. Bunlardan 353-ü 1 saylı Ərazi DNİ-nin (Bakı) payına düşür. Qurumun mətbuat xidmətindən MİA-yv verilən mətumata görə, nəzarət tədbirləri nəticəsində ümumi dəyəri 211,5 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Nöqsan aşkar olunmuş müəssisələrə 119 İradnamə, istehsal və ya satışın qadağan olunması barədə 47 Tələbnamə verilmiş, 43,5 min manat cərimə tətbiq olunmuşdur. Ötən 5 ay ərzində Komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarələri tərəfindən 1255 müəssisəyə 2319 sertifikat verilmişdir. Bunlardan 1180-i istehsal, 1059-u idxal, 80-i isə məhsul partiyasına verilmiş sertifikatlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA