Bu gün Bakı və Sumqayıtda 29016 onbirinci imtahan verib

img

16-06-2010 [12:55]


Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Bakı şəhəri üzrə 77 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083, ümumilikdə isə 29016 şagird imtahan verib. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ötən tədris illərində Bakı şəhəri üzrə attestat ala bilməyən 1790 nəfər XI sinif məzunu da bu gün 4 imtahan mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər XI sinif məzunu 1 imtahan mərkəzində imtahan verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA