"Azneft"in sabiq baş direktorunun qardaşını belə "cəzalandırdılar" - Təyinat

img

22-02-2017 [16:06]


"Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş qəzadan sonra cəza əvəzinə, baş mühəndis Şahəddin İsmayılov yeni vəzifə verilib. 

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Feysbuk"da məlumat verib.

Mirvari xanımın sözlərinə görə, o, tutduğu vəzifəsindən azad olunaraq, 28 May adına NQÇİ-nin MMTX (Mərkəzi Mühəndis Texniki Xidməti) şöbə rəisinin müavini təyin olunub: "Cənab Şahəddin İsmayılov vaxtilə "Azneft"in baş direktoru olmuş Şahin İsmayılovun qardaşıdır".

M.Qəhrəmanlı onu da xatırladır ki, 2015-ci ildə 28 May adına NQÇİ-nin 10-cu platformasında baş vermiş qəzaya görə də SOCAR yalnız bir nəfər çox "sərt cəzalandırıb": "Həmin vaxtı NQÇİ-nin rəisi Rövşən Hacıyevi "Azneft"in Qaz Anbarları idarəsinə rəis göndərdilər...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA