Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

22-02-2017 [13:28]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən  şimal-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə fevralın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda cənub-qərb, qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA