22-02-2017 [12:13]
Bəzi məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir, mətbuatda işıqlanır. Bu halda bəzən onların ataları cəzalandırılır, özləri isə məzəmmətə məruz qalır. Lakin üstündən bir az keçdikdən sonra hər şey keçmişdə olduğu kimi davam edir: onlar haqqında xoş olmayan soraqları gəlir.
Mia.az xəbər verir ki, musavat.com ləğv edilmiş Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahovun oğlunun "şəxsi maşın qarajı" və biznes imperiyası barədə maraqlı məlumat verib.
Sayt bildirir ki, Moldovanın keçmiş prezidentinin nəvəsi Yekaterina Voronina ilə evli olan Fuad Pənahov olduqca dəbdəbəli və ultra-lüks həyat tərzi sürür:
Sabiq nazir müavini Musa Pənahovun oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar sayı 10-u aşan villalarının həyətində dayanır. Fuad Pənahov isə özü isə çox vaxt "10 RR 200", "10 ER 200" nömrəli "Range Rover", "Porsche" markalı avtomobillərilə və mühafizəçilərin müşayiəti ilə gəzir. Vyanada ali təhsil alsa da ərəb şahzadələri kimi həyat tərzi keçirir. Digər oğlu Kənan Pənahov isə Londonda təhsil alıb və avtomobil həvəsində qardaşından geri qalmır.
Musa Pənahovun oğlu üçün yaratdığı biznes imperiyasına ötən ilə qədər Azərbaycanda bir çox yolun tikintisini həyata keçirən "Todler" şirkəti də daxildir. Şirkət İtaliya mərkəzli bilinsə də əslində Musa Pənahova məxsus olub.
Bakı Beynəlxalq Ticarət Limanınında podratçı şirkət kimi fəaliyyət göstərən "Evroscon" şirkəti də sabiq nazir müavininin biznes imperiyasına daxildir və limanda əksər işləri həyata keçirib. Həmin tenderi udmasında Musa Pənahovun böyük "əməyi" olub.
Məlumatı verən mənbə qeyd edir ki, onun əsas gəlir yeri inşaat şirkətləridir.
Digər gəlir yerləri isə bir vaxtlar barəsində sökülmə qərarı verilən, daha sonra sökülməyən "Megapolis" obyektidir. Bir vaxtlar hətta sökülməsi üçün hasara da alınmışdı. Vaxtilə yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edən Fuad Pənahovun şirkətində işləyən işçiləri belə yerə-göyə sığmırdı.
O, təkcə Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli ev tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.
Tikinti şirkəti adı altında Fuad Pənahov ölkəmizdən "qazandığı" pullarla Moldovada da böyük biznes qurub.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi