BMT Təhlükəsizlik Şurası Qırğızıstan hadisələrini pisləyib

img

15-06-2010 [01:45]


BMT Təhlükəsizlik Şurası Qırğızıstan hadisələrini pisləyib və qanunun aliliyinin bərpasına və sakitliyə çağırıb. Qırğızıstanın cənubunda etnik qırğız və özbəklər arasında qarşıdurma zamanı azı 124 nəfər ölüb, 1800-ə yaxın adam yaralnıb. BMT baş katibi Ban Ki Mun ölkəyə xüsusi nümayəndəsini göndərir. On minlərlə özbək ölkəni təkr edir. Özbəkistan Qırğızıstandan gələn qaçqınların hamısını yerləşdirə bilmədiyindən sərhədlərini bağlayıb. Özbəkistanın baş nazirinin müavini bildirib ki, hökumət qonşu ölkədən qaçan 45 min admı qeydə alıb, ancaq artıq qaçqınları yerləşdiyməyə yerləri yoxdur. Bu arada Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhkükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstanda iğtişaşı dayandırmağa yardım üçün vertolyot və avadanlıq göndərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA