21-02-2017 [16:02]
"Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi gözlənilən idi. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək. Onun işinə hər kəs bələddir. Bu, Azərbaycanın bir uğurudur".
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Mehriban Əliyeva dünyada kifayət qədər tanınmış ictimai-siyasi xadimdir: "Mehriban Əliyeva Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyada təmsil edib, Azərbaycanın haqq işini bütün dünya ictimaiyyətinə çatdırıb. Mehriban xanım ayrı-ayrı dövlət başçıları, din xadimləri ilə görüşlərdə, müxtəlif beynəlxalq konfranslarda çıxışlarında Azərbaycan həqiqətlərini söyləyib. Mehriban Əliyevanın təşəbbüsü ilə indiyə qədər 4 amnistiya aktı qəbul olunub. Bu da 40 mindən artıq şəxsə şamil olunub. Azərbaycanda keçirilən ən mötəbər tədbirlərə Təşkilat Komitəsinin sədri kimi rəhbərlik edib. Bu tədbirlər çox böyük uğurla keçirilib. Bir il müddətində Bakı Olimpiya Stadionun tikilməsi və "Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi böyük işdir. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində də Mehriban Əliyevanın rolu böyük olub. IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban xanıma həvalə edilib. Onun dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında çox böyük səyi olub. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond məktəblər, uşaq baxçaları, xəstəxanalar tikib, mədəniyyət abidələri təmir edib.
Mehriban Əliyevanın dövlət idarəçiliyində xüsusi rolu var. Mehriban xanım ona müraciət edən insanları heç vaxt diqqətdən kənarda qoymayıb. O, Prezident İlham Əliyevlə birgə cəbhə bölgəsində əsgərlərimizi ziyarət edib, evləri dağılan vətəndaşlara baş çəkib.
Bilirsiniz ki, Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kampaniyası uğurla davam etdirilir. Mehriban xanım Roma Katolik Kilsəsi, Vatikanla əlaqələrin qurulmasında xeyli iş görüb, ermənilərin Azərbaycanın mədəniyyət abidələrinin dağıtması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Bütün bunlar göstərir ki, bir insan necə böyük işlər görüb".
S.Novruzov vurğulayıb ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bu işlər daha geniş formada və daha yüksək keyfiyyətlə görüləcək: "Mehriban xanımın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi yerində və zamanında atılmış bir addımdır".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi