21-02-2017 [12:01]
İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub.
Etiraz aksiyalarının son günündə İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb.
Etiraz aksiyaların genişlənməsi ilə əlaqədar olaraq bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib.
Arabi21.com xəbər saytı təhlükəsizlik güclərinin aksiyalara müdaxilə nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazıb.
İnqilab gözətçilərinin döyülməsindən sonra İran Prezidenti Həsən Ruhani Ahvaz valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib.
İranın dini lideri Əli Xamneyi hökuməti təcili olaraq bölgədə keçirilən aksiyaların genişlənməməsi üçün tədbirlər görməyə çağırıb. İran İslam İnqilabı Keşikçilər Korpusu təhlükəsizlik məntəqələrinə yaxınlaşanların həbs olunacağını açıqlayıb. İranlı səlahiyyətlilər getdikcə genişlənən aksiyaların icazəsiz olduğunu bildirirlər. İran dövlət televiziyası isə səssizliyini qoruyub saxlayır.
Ahvaz şəhərinin daxil olduğu Xuzestan vilayəti İranın cənubi-qərbində yerləşir. Vilayət zəngin neft yataqları ilə strateji əhəmiyyətə sahibdir. Ahvaz Marundan sonra ölkənin ən böyük sahil nefti yatağı kimi tanınır. Xuzestan vilayəti İranın nüvə enerji mərkəzi olan Buşehrə yaxınlığı ilə də diqqət çəkir.
Ötən ay Ahvazda iki neft boru xəttində partlayış törədilib. Partlayışa görə məsuliyyəti "Ahvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürüb. Qrup 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha aktiv olacağını açıqlayıb. Xuzestan vilayətindən 500 min -1 milyon ərəb mənşəli insanın yaşadığı bildirilir.
Qeyd edək ki, son qum fırtınasından sonra bölgədə elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Dünya Səhiyyə Təşkilatının 2015-ci ildə açıqladığı məlumata görə, Ahvaz dünyada ən çirkli havası olan şəhərdir. Bir milyon əhasi olan şəhərin ətrafındakı neft müəssisələri yaratdığı çirkliliyə səlahiyyətlilərin laqeyd münasibəti xalqı partlama nöqtəsinə gətirib.
Publika.az



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi