Xırdalanda yüksəkmərtəbli binada yanğın - FHN-çilər hadisə yerində - YENİLƏNİB

img

20-02-2017 [22:48]


Xırdalanda Abşeron Məhkəmə İcra Şöbəsinin də yerləşdiyi 12 mərtəbəli yaşayış binasında az əvvəl yanğın baş verib.

Hadisə şahidlərinin Mia.az-a verdiyi məlumata görə, yanğın binanın işıq şitində baş verib. Nəticədə tüstü 12 mərtətəbəli binanın bütün blokunu bürüyüb: "Kəskin tüstü blokdan evlərə dolduğundan sakinlər balkona çıxıb, uca səslə kömək istəyiblər".

Şahidlərin verdiyi məlumata görə, əraziyə dərhal FHN-nin yanğınsöndürənləri gəlib, binaya gələn elektrik xətləri ayrılıb. Bundan sonra yanğın lokallaşdırılaraq nəzarətə götürülüb: "Hadisə nəticəsində xəsarət alan olmayıb".  

***

Saat 23.00-a olan məlumata görə, yanğının qarşısı tam alınıb. Ancaq blok və mənzillərə kəskin qoxulu tüstü daxil olduğundan hələ sakinlərin çoxu balkondan mənzillərinə daxil ola və ya binanı tərk edə bilmirlər: "Yəqin ki, yaxın 15-20 dəqiqəyə bu problem də aradan qaldırılacaq. Xoşbəxtlikdən heç kim xəsarət almayıb".

***

23.22-yə olan məlumata görə, yaşayış binasında həyat qaydasına düşüb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA