Əbülfəs Qarayevlə görüşmək istəyənlərin diqqətinə: - Nazirin qəbul qrafiki açıqlandı

img

20-02-2017 [17:59]


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  tərəfindən 2017-ci ilin fevral ayının 24-də saat 11ºº-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA