20-02-2017 [15:05]
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrə dair müzakirələr aparılıb. İlk növbədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisində qondarma referendum keçirilməsinə diqqət çəkən İdarə heyəti üzvləri, bu aksiyanı qətiyyətlə pisləyib, keçirilən saxta referendumun Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğu üçün heç bir hüquqi qüvvəyə malik olmadığını qeyd edib.
Bununla yanaşı, ADP beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-i bu qeyri qanuni akta beynəlxalq hüquqa uyğun qiymət verməyə, Azərbaycan hakimiyyətini isə öz ərazilərini yurisdiksiyasına qaytarmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb.
İdarə Heyətinin iclasında həmçinin qeyd edilib ki, 1918-ci il Azərbaycan Xalq Cümhürriyyəti ilə Ermənistan arasında imzalanmış beynəlxalq müqaviləyə əsasən İrəvan, Zəngəzur və Göyçə mahalının ermənilərə şərtlə verilməsinin yüz ilinin tamam olmasını və ermənilərin müqavilə şərtlərini pozaraq Azərbaycanın ərazilərinə iddialarını davam etdirməsini əsas götürərək, Azərbaycan tərəfi adıçəkilən tarixi Azərbaycan torpaqlarını özünə tələb etməli, müvafiq qaydada rəsmi beynəlxalq iddia qaldırmalıdır.
Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların yüngülləşdirilməsinə dair prezident sərəncamına diqqət yönəldən İdarə Heyəti üzvləri dövlətə və vətəndaşlara maddi ziyan vurulmaqla törədilən cinayətlər zamanı, cəzanın yüngülləşdirilməsini vurulan ziyanın ödənilməsi ilə şərtləndirilməsinin vacibliyini qeyd ediblər.
ADP İdarə Heyəti blogger Orduxan Teymurhanın, həmçinin digər bir neçə vətəndaşın yaxın qohumlarının bu şəxslərin ictimai-siyasi fəaliyyəti ilə əlaqədar polis idarələrinə aparılaraq işgəncəyə məruz qoyulmasını qətiyyətlə pisləyib. Qeyd edilib ki, polisin belə bir addım atması Respublika Konstitusiyasının kobud şəkildə pozulmasıdır və Respublika Prezidenti konstitusiyanı qorumaq üçün bu hadisəyə dərhal reaksiya verməli, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır.
İclasda ölkədə getdikcə pisləşən sosial-iqtisadi vəziyyətə dair müzakirələr də aparılıb. Qeyd edilib ki, ölkədəki mövcud iqtisadi böhranın əsas səbəbi iqtidarın indiyədək həyata keçirdiyi dəyəri milyard manatlarla ölçülən məsuliyyətsiz və səmərəsiz investisiya və digər layihələridir: "Bunlara regionların sosial iqtisadi inkişafına ayrılan və heç bir iqtisadi inkişafa gətirib çıxarmayan milyardlar və guya gəlir gətirməsi planlaşdırılan, xarici ölkələrdə həyata keçirilən investisiya layihələri misal göstərilə bilər".
İdarə heyəti üzvləri hökuməti bu layihələrdən gələn iqtisadi faydalar və gəlirlər barəsində xalqa hesabat verməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi