Tarif Şurasından dərmanların qiyməti ilə bağlı vətəndaşlara - Xəbərdarlıq

img

20-02-2017 [12:01]


"Bəzi saytlarda dərman vasitələrinin qiymətlərinin yeni qaydada tənzimlənəcəyi barədə həqiqətə uyğun olmayan yanlış məlumatlar yayılır”.

Tarif (qiymət) Şurası Katibliyindən Mia.az-a bildirilib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik yoxdur:

"Şura bir daha xatırladır ki, dərman vasitələrinin qiymətləri "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilə bilər.

Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyi tövsiyə edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA