18-02-2017 [13:50]
Millət vəkili, yazıçı Aqil Abbas Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənova açıq məktub yazıb.
Mia.az xəbər verir ki, o müraciətində Qarabağda könüllü döyüşən şəxslərin bir qisminin müharibə veteranı vəsiqəsini hələ də ala bilmədiklərini, ümumiyyətlə, bu sahədə ciddi problemlərin mövcud olduğunu bildirib: "Bəzi müharibə veteranlarının (bunlar az deyillər) bir problemi illərlədi həll olunmamış qalır. Özü də bu problemi həll etmək o qədər də çətin deyil.
Müharibə başlayanda Milli Ordu yoxuydu. Milli Ordunu Daxili Qoşunlar və qəhrəman polislərimiz əvəz edirdi və yüzlərlə də şəhid verdi. O qəhrəman polislərimizlə birgə vuruşanlar isə demək olar könüllülərdən ibarət idi. Onlar Azərbaycanın hər yerindən – Lənkəranından tutmuş Qubasınadək, Bakıdan tutmuş Qazaxınadək, hətta Naxçıvanın özü savaşın içində olmasına baxmayaraq, Naxçıvandan belə Qarabağa axışıb bu Vətəni qoruyurdular. Hətta onların çoxu öz cibinin puluna silah almışdı. Adamlar maşınını, evinin xalı-xalçasını satıb Gürcüstandan, Rusiyadan silah-sursat alıb Vətən namusunu qoruyurdu.
Əgər bu gün bir araşdırma aparsaq görərik ki, 20 min şəhidimizin bəlkə də altmış faizi həmin könüllülərdi. Eləcə də 20 mindən artıq qazimizin də bəlkə də elə altmış faizi həmin könüllülərdi. Amma indi onlar öz halal haqlarını ala bilmirlər, yəni müharibə veteranı sənədini.
Həmin o qarışıq illərdə kimsə bir dəfə iki kisə kartof, üç kisə un əsgərlərimizə yardım aparırdısa (sağ olsunlar amma) hansısa yollarla müharibə veteranı sənədi alır və bu gün də yekə-yekə deyir ki, mən müharibə veteranıyam. Əslində, bu gün bu da araşdırılmalıdır, qardaşım, sən hansı döyüşdə olmusan? Yəni bu yalançı müharibə veteranlarını üzə çıxarmağın özü də çox yaxşı olardı.
Amma üç il, dörd il səngərdə can qoyan könüllülər, yuxarıda qeyd etdiyimiz kimi, öz halal haqlarını ala bilmirlər. Savaş vaxtı bəlkə onlar da ala bilərdi, amma onda onları sənəd maraqlandırmırdı, torpaq maraqlandırırdı, vətən maraqlandırırdı”.
Millət vəkili daha sonra qeyd edib ki, bu problemlərlə əlaqədar millət vəkillərinə xeyli sayda müraciətlər daxil olur: "Mənə və eləcə də digər deputatlarımıza bəlkə yüzlərlə belə müraciətlər olur. Burda adlar da yaza bilərəm, lazım deyil. Məsələn, bu günlərdə mətbuatda bir müharibə veteranının müraciəti çap olunmuşdu. Könüllü gedib, sonra Milli Ordu yarananda orduya qəbul etməyiblər ki, səhhətin yol vermir. Amma onun xahiş və yalvarışlarından sonra qalıb könüllü vuruşmağına icazə veriblər. Özü də tank sürüb. Əlində də bütün sənədləri, ezamiyyə vərəqləri, tərxis olunma sənədi, amma hələ də ona müharibə veteranı adı verilmir. Bu könüllülərin əllərində hərbi biletləri var, hərbi biletlərində silahlarının nömrələri də qeyd olunub. Nə vaxt ordu sıralarından tərxis olunmağı da qeyd olunub, amma yenə müharibə veteranı adını ala bilmir. Həm bizim sorğularımıza, həm də özlərinin sorğularına gələn kəsə bir cavab var: arxivlərdə sizin adınız yoxdur.
O vaxt Müdafiə Nazirliyi hansı gündəydisə, arxivi də elə o gündəydi. Özü də bu müharibə veteranları heç də hansısa bir imtiyaz üçün bu adı almaq istəmirlər, bu bir mənəviyyat məsələsidi. İnsan öz oğluna, qızına o sənədi göstərib bir qürur duymaq istəyir, nəslinin tarixinə yazmaq istəyir”.
A.Abbas sonra nazirdən xahiş edib ki, qeyd olunan problemlərin həll edilməsi üçün lazımi tədbirləri görsün: "Sizdən artıq dərəcədə xahiş edirəm, bu məsələ ilə ilgilənəsiz! Tapşırasız bir ciddi araşdırma aparsınlar, yalançı müharibə veteranlarını da üzə çıxarsınlar, əsl veteranlar da öz halal haqlarına qovuşsunlar.
Və onu da xüsusilə qeyd etmək istəyirəm ki, sabah savaş başlasa bir əli, ayağı olmayan qazilərimiz də, həmin veteranlar da könüllü olaraq cəbhədə ön cərgədə olacaqlar. Hətta öz halal haqlarını almasalar da.
Mən bunu aprel döyuşlərində gördüm. Həmin vaxt Ağdamda – cəbhə böldgəsindəydim. Yaşlarının keçməsinə baxmayaraq, bu qazilər, bu veteranlar döyüşə atılmaq üçün bir himə bənd idilər”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi