17-02-2017 [20:59]
Rusiyalı ekspert Sergei Markedonov hesab edir ki, yaxın zamanlarda Ermənistan–Azərbaycan münaqişəsi zonasında gərginlik qalacaq, ancaq ötən ilin aprel hadisələrinin təkrarlanacağı ehtimalı azdır.
"Yeni gərginləşmələr olacaq, ən çox mümkün ssenari diversiya əməliyyatlarının davamı ola bilər. Bu əməliyyatlarla eyni vaxtda danışıqların davam etdirilməsi də mümkündür.
Məsələn, iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutması mümkündür", – deyə Markedonov "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində bildirib.
Politoloq qeyd edir ki, Qarabağ münaqişəsi postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir və bu gün onun nizamlanmasını təsəvvür etmək son dərəcə çətindir.
Onun sözlərinə görə, 25 il ərzində Qarabağda artıq Azərbaycan ərazisində yaşamağın nə demək olduğunu bilməyən iki nəsil yetişib.
«Digər tərəfdən, dünyada daha uzun tarixə malik münaqişələr var», – deyə Markedonov əlavə edib.
Onun fikrincə, Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllini gözləməyə dəyməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən çox fərqlənir.
«1994-cü ildən bəri artıq bütün mümkün həll variantları təklif edilib. Bütün məsələlərin bir paketdə həllini nəzərdə tutan «paket variant» var, ancaq sonradan bəlli oldu ki, bu, mümkün deyil. Münaqişənin mərhələli həlli də çətindir. Çünki sual yaranır: birinci kim başlayacaq?.
Bu gün ABŞ, əsasən, öz daxili problemləri ilə məşğuldur. Fransada isə prezident seçkiləri gözlənilir. Belə bir zamanda bir sıra ekspertlər güman edirlər ki, yaxın aylar ərzində Qarabağ məsələsi ilə ancaq bir ölkə – ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya məşğul ola bilər" - deyə Markedonov sözünə davam edib.
Sergei Markedonovun sözlərinə görə, bu münaqişənin tarixində Moskva artıq iki dəfə baş rolu oynayıb.
"1994-cü ildə, atəşkəs haqqında saziş imzalananda və 2008-2011-ci illərdə, ozamankı prezident Dmitry Medvedevin təşəbbüsü ilə üçtərəfli yüksəksəviyyəli görüşlər təşkil olunanda. Ancaq bu təşəbbüs 2011-ci ildə Kazanda uğursuzluğa düçar oldu. O zaman Azərbaycan prezidenti İlham Əliyev əvvəlcədən razılaşdırılmış sənədi imzalamaqdan imtina etdi.
Aprel müharibəsindən sonra barışdırıcılıq rolunu Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürüb. O isə boş danışan adam deyil. Digər tərəfdən, nə Medvedev, nə də Putin ermənilərlə azərbaycanlıların yerinə qərar qəbul edə bilməzlər", – deyə rusiyalı ekspert qeyd edib.
Rusiyanın Azərbaycana silah satmasına gəlincə, Markedonovun fikrincə, bu, ikinci dərəcəli məsələdir:
"Burada birinci dərəcəli məsələ vuruşmaq istəyinin olmasıdır. Silahı isə Azərbaycan, məsələn, İsrail, Türkiyə və Ukraynadan da ala bilər", – deyə politoloq bildirib.
O əlavə edib ki, Rusiya Cənubi Qafqazda "balanslaşdırılmış siyasət" yürütməyə çalışır.
"Moskva artıq Gürcüstanda öz nüfuzunu itirib və indi də Azərbaycanda nüfuzunu itirə bilməz", – deyə, S.Markedonov qeyd edib.
Azadlıq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi