Qırğızıstandakı toqquzmalarda azı 77 adam ölüb

img

12-06-2010 [01:03]


Qırğızıstanın cənubundakı Oş şəhərində yerli qırğızlar, etnik özbəklər və təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda azı 77 adam ölüb. Bundan başqa 1000-ə yaxın adamın yaralandığı xəbər verilir. Bu gün müxtəlif etnik qrupları təmsil edən bir neçə qrup şəhərin müxtəlif hissələrində qarşı-qarşıya durmuş kütləni sakitləşdirməyə çalışırlar. AzadlıqRadiosunun Qırğız xidmətinin verdiyi məlumata görə bir sıra maskalı adamlar etnik münaqişəni daha da dərinləşdirmək üçün hər iki tərəfə atəş açırlar. Qırğızıstandakı ötəri hökumət etnik zəmində baş verən toqquşmaların vətəndaş müharibəsinə çevrilməməsi üçün ehtiyatda olan polis və hərbçiləri Oşa getməyə, toqquşmaların qarşısını almağa çağırıb. Həmçinin Human Rights Watch təşkilatı beynəlxalq aləmi vəziyyətin nəzarətə alınmasında Qırğızıstanın hakim dairələrinə kömək etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA