250 məhbusun əfv xahişinə müsbət cavab verilib - Bugünkü iclasda

img

17-02-2017 [16:43]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev deyib ki, iclasda 100 müraciətə baxılıb.

Onun sözlərinə görə, dünən və bu gün keçirilən iclaslarda ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA