17-02-2017 [14:36]
26 sentyabr referendumundan təxminən beş aya yaxın vaxt keçir. Lakin bu müddət ərzində ümumxalq səsverməsi nəticəsində yekdillikdə qəbul edilən düzəlişlər icra baxımından hələ də açıq qalır. Söhbət idarəetmə strukturundakı dəyişikliklərdən gedir. Bu barədə hakimiyyət nədənsə addım atmağa tələsmir.
Belə ki, bu vaxta qədər nə Nazirlər Kabinetinin səlahiyyətləri tam məhdudlaşdırılıb, nə də nisbətən operativ sistem adlandırılan vitse-prezidentlik institutu yaradılıb. Təbii ki, vitse-prezidentlərin təyin edilməməsi də öz yerində.
YAP funksioneri, millət vəkili Aydın Mirzəzadə hafta.az-a açıqlamasında bildirib ki, vitse-prezidentlərin nə zaman təyin olunacağı haqqında dəqiq söz demək iqtidarında deyil:
"Referendumun keçirilməsində məqsəd idarəetməni daha da təkmilləşdirmək, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını daha da genişləndirməkdən ibarət idi. Cəmiyyət də ümumən onun lehinə səs verdi. Birinci vitse-prezidentlərin təyinatı və bu qəbildən olan məsələlərin nə zaman reallaşacağı ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Zamanı gələndə bununla bağlı müvafiq qərarlar qəbul ediləcək”.
Son günlər ölkə mediasında Nazirlər Kabinetinin mart ayında ləğv olunacağı ilə bağlı xəbərlər dolaşır. Əslində, 26 sentyabr referendumu öncəsi də adıçəkilən qurumun ləğv ediləcəyi ilə bağlı mətbuatda bir sıra fikirlər dolaşırdı.
Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, Nazirlər Kabineti heç bir halda ləğv oluna bilməz: "Konstitusiyamızda Nazirlər Kabinetinin mövcudluğu ilə bağlı xüsusi bir bölmə var. Onun ləğvi nəzərdə tutulmur. Çünki konstitusiyada nəzərdə tutulan dövlət strukturu ləğv edilə bilməz”.
Millət vəkili həmçinin qeyd edib ki, qarşıdakı müddət ərzində hansısa nazirliklərin birləşdirilməsi haqqında söz deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, bu prezidentin səlahiyyətində olan məsələdir, qərarı da o verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi