Novruzda əfv gözlənilir - Prezident yanında Əfv Məsələləri Komissiyasına 800 müraciət daxil olub

img

17-02-2017 [11:34]


"Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirildi. İclasda məlumat verildi ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub".

Bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, dünənki iclasda 150 müraciətə baxılıb.

"Baxılan müraciətlərin yarısına müsbət rəy verilib. Bu gün də Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq", - deyə, R.Məcid bildirib.

"Report"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA