Bakının əksər küçələrində sıxlıq yaranıb, sərnişin avtobuslarının hərəkəti çətinləşib - Xabərdarlıq

img

17-02-2017 [11:08]


Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar əksər küçə və prospektlərdə, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektləri, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib. 

Məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

"BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Bundan başqa, Heydər Əliyev prospekti-Hava limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi-Hava limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə maksimal sürət həddi 40 km/saat endirilib. Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmaları və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə BNA-nın xəbərində qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA