İlham Əliyev Almaniyaya gedir - Münhendə çıxış edəcək

img

16-02-2017 [17:31]


Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi illik təhlükəsizlik konfransına qatılmaq üçün bu ölkəyə səfər edəcək.

Virtualaz.org xəbər verir ki, Azərbaycan prezidentinin adı Münhen konfransının”Avrasiyada qırılma xətləri” mövzusunda keçiriləcək panel sessiyasının çıxışçıları siyahısında yer alır.

 Həmin sessiyada İlham Əliyevlə yanaşı Estoniya prezidenti Kersti Kalyulayd, Qazaxıstan Senatının spikeri Kasım-Jomart Tokayev, Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də çıxış edəcəklər. Habelə Ukraynanın "Xalq cəbhəsi” partiyasının lideri, keçmiş baş nazir Arseni Yasenyukun sessiyada çıxışı nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA