Ramin Quluzadə nəqliyyatçılarla görüşdü – Ziya Məmmədov alqışlarla yola salındı

img

16-02-2017 [13:51]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar nazirliyinə birləşdirildi.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb. 

Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib. Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Görüşdən sonra Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü təsdiqləyib. 

O, bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. 

Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA