"Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyaları ölkədəki ictimai siyasi sabitliyin pozulmasına ciddi cəhdlər göstərirlər"

img

11-06-2010 [05:23]


?Ümumiyyətlə, istənilən qanunsuz hərəkətlər kəskin şəkildə dəf edilməlidir. O cümlədən də, hər hansı siyasi təşkilat tərəfindən qanunsuz şəkildə kütləvi aksiya keçirmək istəyinin qarşısı qanun çərçivəsində qətiyyətlə alınmalıdır?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında YAP Sədrinin müavini Əli Əhmədov bildirib. YAP-ın Sədr müavininin sözlərinə görə Azərbaycanın siyasi mühitinin müəyyən hissəsində düzgün olmayan belə bir təsəvvür formalaşıb ki, siyasi partiyaların mövcudluğu kütləvi aksiyaların keçirilməsi ilə təyin olunur və buna görə də onlar özlərinin mövcudluğunu sübut etməkdən ötrü mütəmadli olaraq kütləvi aksiyalar keçirməyə cəhd göstərirlər. Güman edirəm ki, Azərbaycan müxalifəti səhv olan bu nöqteyi-nəzərindən və düşüncəsindən nə qədər tez uzaqlaşsa, onların gələcək fəaliyyəti üçün bir o qədər sərfəli olar. ?Amma eyni zamanda bu niyyətlərin arxasında xoşagəlməyən bir meylin olduğunu görməmək mümkün deyil. Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyaları ölkədəki ictimai siyasi sabitliyin pozulmasına ciddi cəhdlər göstərirlər və bu istiqamətdə onların düşüncələri gəlib o nöqtədə dayanır ki, mütəmadi şəkildə keçirilən kütləvi aksiyalar ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara bilən ən səmərəli metod ola bilər?. Əli Əhmədov bəzi müxalifət partiyalarının qanunla icazə verilməyən yerlərdə kütləvi aksiyalar keçirmək istəyinə münasibət bildirərkən qeyd edib ki, kütləvi aksiyalar keçirilməsi üçün müvafiq orqanlar tərəfindən yerlər ayrılıb. Müxalifət partiyaları onlar üçün kütləvi aksiyaları keçirmək üçün ayrılmış yerlərdə toplantılarını keçirməkdən imtina edirlər və elə yerdə keçirmək istəyirlər ki, həmin yerlərdə kütləvi aksiyaların keçirilməsi bir sıra mülahizələrlə əlaqədar olaraq sadəcə qeyri-mümkündür. Güman etmirəm ki, onlar təkid etdikləri yerlərdə aksiyaların keçirilməsinin məqsədəuyğun olmadığını dərk etmirlər. Çox ehtimal ki, bunu aydın şəkildə dərk edirlər, amma həmin yerlərdə aksiyaların keçirilməsini israr etməklə əslində buna rədd cavabı veriləcəyini əvəlcədən bildiklərindən sadəcə Azərbaycan hökumətini bir sıra beynəlxalq təşkilatların qarşısında suçlu çıxarmaq kimi xoşagəlməyən bir niyyətlərini qarşıya qoyublar. Bütün bunlardan sonra beynəlxalq təşkilatlara hesabatlar göndərirlər və həmin hesabatlarda isə Azərbaycanda insan hüquqlarının, sərbəst toplaşmaq hüququnun pozulduğunu iddia olunur. Hesab edirəm ki, bütün bunların hamısı indiyə qədər müxalifət tərəfindən uğursuzcasına tətbiq edilən gedişlərdir ki, bundan sonra da bu vərdişlərindən əl çəkməsələr, indiyə qədər düçar olduqları uğursuzluqlar onları bundan sonra da müşayiət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA