NATO-nun baş katibindən Bakıda keçirilən ABŞ-Rusiya görüşünə - Reaksiya

img

16-02-2017 [13:31]


"ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri – Cozef Danford və Valeri Gerasimovun Bakı görüşü vacibdir”.

 "Azadlıq” radiosunun verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 Y. Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O qeyd edib ki, NATO-Rusiya Şurasının son iki iclasında V. Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risklərin azaldılması və digər məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA