Builki qəbul imtahanları pullu olacaq - Tarif Şurasından ödənişlərlə bağlı açıqlama

img

16-02-2017 [13:28]


"Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləği ilə bağlı müzakirələr gedir”.
 
Bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, rəsmi qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq müvafiq sənədlər Tarif Şurasına təqdim olunmalıdır.
 
"Hazırda işçi qrupu tərəfindən müzakirələr aparılır. Ödənişlərin dəqiqləşdirilməsi müəyyən olunmuş müddətdə başa çatdırılacaq və ən optimal variant seçiləcək”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA