ABŞ və Rusiya Silahlı Qüvvələri rəisləri görüş yeri kimi niyə Bakını seçdi? - “Nyu York Times" yazdı

img

16-02-2017 [12:23]


ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun görüşü üçün niyə məhz Bakının seçilməsinin səbəbi məlum olub.
 
APA-nın "Nyu York Times" qəzetinə istinadən verdiyi məlumata görə, görüş yerinin seçimi asan olmayıb.
 
Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib.
 
Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib.
 
Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub.
 
Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib.
 
Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüşdür. Bundan əvvəl onlar bir dəfə telefonla danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA