Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada! - Müdafiə Nazirliyindən açıqlama

img

15-02-2017 [18:10]


Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA