?Qızılbaz? ictimai Birliyi köçkün məktəblilər arasında yarız keçirib

img

11-06-2010 [03:30]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi ?Qloballaşan dünyada ekoloji tərbiyə? layihəsi çərçivəsində Füzuli və Beyləqan rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində məktəblilər arasında idman yarışı təşkil edib. Yarışmaya Füzuli rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 məktəbin və Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinin orta məktəblərinin şagirdləri qatılıb. Yarış şahmat, futbol, voleybol, qaçış, topla qaçış, hündürlüyə tullanma və digər idman növləri üzrə olub. Yarışlar ?Təbiəti qoruyaq!? və ?Ekologiya və sağlamlıq!? şüarları altında keçirilib. Yarışları hakim qismində adıçəkilən qəsəbənin orta məktəblərinin bədən tərbiyəsi müəllimləri idarə edib. Yarışın sonunda qaliblərə diplomlar təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA