15-02-2017 [15:53]
"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Sərəncamı ölkə başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.
Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Fərmanın 1.2-ci hissəsinin 1-1.-ci bəndinə əsasən, fərdi qaydada sayğacların quraşdırılması texniki baxımdan mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş 2017-ci ilin 1 yanvarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək. Baş nazirin müavini əlavə edib ki, söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir.
Fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir. Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşdırma proqramını və Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdrımaq üçün dövlət başçısına təqdim edəcək:
"Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit "Qaçqınkom” tərəfindən mərkəzləşmiş qaydada "Azərişığ”a ödəniləcək. Su, qaz isə yenə əvvəlki qaydalara uyğun mərkəzləşmiş qaydada ödəniləcək. Bu zaman elektrik enerjisinə görə limit dəyişəcək, çünki bu burada qaz yoxdur, tam sərfiyyat olur. Bu işi başa çatdırmaq üçün "Qaçqınkom”, yerli icra hakimiyyətləri, işğal altındakı rayonların icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir”.
Komitə sədrinin sözlərinə görə, dəyişikliyə əsasən komitə həmin kontingentin siyahısını, məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq.
Əli Həsənov vurğulayııb ki, bu qəbildən olan insanların kompakt yaşadıqları obyektlərin sayı, ünvanı, adı, orada yaşayan əhalinin ümumi sayı var, amma əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar Komitəyə adlı siyahı təqdim etməlidir:
"Heç kimdə belə bir fikir formalaşmasın ki, nə üçün 20 gündən sonra fərmanda dəyişiklik oldu. Bu dəyişikliyin olacağı bilinirdi, dekabr ayında ölkə başçısı tərəfindən tapşırıq verilmişdi ki, xüsusən qaz olmayan yerlərdə yanvar ayında monitorinq aparılsın. Biz bu monitorinqi apardıq, sərfiyyat müəyyənləşdi. Biz artıq bilirik, bir adam və bütün ailə kommunal xidmətlərə görə nə qədər sərfiyyat edib. Prezident bunların hamısını yoxlayandan sonra yenidən məcburi köçkünlərə doğru bir addım atdı”.
Qeyd olunub ki, məcburi köçkünlərdə fərmana dair hansısa sual yaranarsa, onlar Komitənin 4312907, 4315159, 4300922, 5308237, 4300923 telefonlarına zəng edə bilərlər.
Azvision.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi