Rəşad Səlimov İspaniyada tədbirdə iştirak edib - FOTO

img

15-02-2017 [14:28]


AMEA Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov İspaniyanın Bilbao şəhərində IPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması) tərəfindən təşkil olunan IPBES Gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramında iştirak edib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, tədbirin məqsədi IPBES-in biomüxtəliflik və ekosistem xidmətləri üzrə davam edən 6 müxtəlif qiymətləndirilməsinə cəlb olunmuş gənc mütəxəssislərin müvafiq bilik və bacarıqlarını inkişaf etdirmək,  müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaq, onlar arasındakı əməkldaşlığı gücləndirməkdən ibarətdir. 

Qeyd edək ki, R.Səlimov IPBES Biomüxtəliflik və Ekosistem Xidmətlərinin Qlobal Qiymətləndirilməsi üzrə IPBES gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramına 246-dan çox namizəd arasından 16 nəfərdən biri kimi seçilmişdir. Qlobal qiymətləndirmə üzrə IPBES gənc aparıcı mütəxəssisləri musabiqəsi IPBES-in çoxsahəli ekspert paneli üzvlərinin (MEP) və qiymətləndirmə üzrə həmsədrlərin daxil olduğu idarəetmə heyəti tərəfindən aparılıb. Proqram, fərdlərə karyeralarının erkən mərhələlərində biomüxtəliflik və ekosistem xidmətləri ilə bağlı ənənəvi və məhəlli bilik, sosial, iqtisadi və biologiya elmləri sahəsində və siyasətin hazırlanmasında özlərini inkişaf etdirməyə imkan yaradacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA