Yenə qar yağacaq, yollar buz bağlayacaq - Sabahın hava proqnozu

img

15-02-2017 [12:57]


Sabah Bakı və Abşeron yarımadasında gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz  3-5° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 771  mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.
 
Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
 
Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA